Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
"Qafqazinfo" xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan "Keşlə"nin futbolçusu bu gün Azərbaycana qayıdır. AFFA-nın köməkliyi ilə Azərbaycana göndərilən futboçu Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb.
Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.
Şərhlər