Foto 13:42 19.04.2019

Millimizin üzvü qəlyan çəkib paylaşdı (FOTOLAR)

Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov qeyri-adi foto ilə gündəmə gəlib.

29 yaşlı hücumçu qəlyan çəkdiyi vəziyyətdə şəklini çəkdirib. Üstəlik, o, həmin şəkli sosial şəbəkədə özünün profil fotosuna çevirib. Çovdarov bu addımı 27 fevral 2017-ci ildən atsa da, görünür, belə hərəkətin milli üzvünə yaraşmadığını qəbul etmək istəməyib.

Qeyd edək ki, Azərbaycanın müxtəlif növlər üzrə idmançılarının qəlyanxanalara getdiyinə dair xəbərlər zaman-zaman mətbuatda yer alıb. Lakin onların əksəriyyətinə bunu sübut etdirmək çətinlik törədib. Ramiz Çovdarov isə cəsarətli paylaşımı ilə qəlyan çəkməyin idmançı üçün normal olduğunu "sübuta yetirib". (Sportnet.az)