Ekonomiks 14:10 06.05.2019

Milyarder müflis olduğunu açıqladı

Yapon milyarder Yusaku Maezava müflis olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, milyarder ötən gün "Twitter" hesabında sahib olduğu bəzi qiymətli incəsənət nümunələrini satışa çıxartdığını açıqlayıb. İzləyiciləri ondan müflis olub-olmadığını soruşub və Maezava zarafatla "Bəli, heç vaxt pulum olmur, çünki həmişə xərcləyirəm" cavabını verib.

Yusakunun qurucusu olduğu "Zozo" pərakəndə geyim firması son 1 ildə 700 milyon dollar itirib. O, "Forbes"in "Yaponiyanın ən varlı şəxsləri" siyahısında 18-ci yerdən 22-yə düşüb. Maezava 2 milyard dollar sərvətin sahibidir.

Qeyd edək ki, Yusaku Maezava ötən aylarda Aya səyahət edən ilk turistlərdən biri olmuşdu.
 
Gülşən