Siyasət 14:39 12.06.2021

Mina xəritəsi: Ərdoğan NATO rəhbərliyi ilə razılaşa bilər (ŞƏRH)

"Ərdoğanın NATO rəhbərliyi ilə bu istiqamətdə razılaşma əldə edəcəyi gözləniləndir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində Ermənistanın mina xəritələrini Azərbaycana verməsinə nail olmaq üçün qurum üzvlərindən dəstək alıb-almayacağı məsələsinə toxunarkən deyib:



"Ərdoğan hər halda beynəlxalq hüquq normalarına uyğun olaraq bu məsələdə nəticə əldə edilməsinə çalışacaq. Belə ki, beynəlxalq hüquq normalarına uyğun olaraq müharibə bitdikdən sonra tərəflər hökmən mina xəritələrini bir-birinə, xüsusən də qalib dövlətə verməlidirlər. Zənn edirəm ki, Ərdoğan bu məsələni sözügedən sammitdə təkidlə gündəmə gətirməklə NATO-nun siyasi rəhbərliyi ilə həmin istiqamətdə razılaşma əldə edəcək”.  
Bununla belə, həmsöhbətimiz zənn edir ki, ermənilərdə heç mükəmməl mina xəritələri də yoxdur: 

"Bu ölkə başını itirib, ayağını axtarır”.

Rüfət Sultan