Sənət 00:17 14.04.2015

Mingəçevir teatrı Bakıda "Eşq və İntiqam" deyəcək - FOTO

Mingəçevir Dövlət Dram Teatrı 13 illik fasilədən sonra Bakı şəhərinə, Akademik Milli Dövlət Dram Teatrına qastrol səfərinə yola düşəcək. Qaynar.info xəbər verir ki, Xalq artisti Zülfüqar Abbasov Süleman Sani Axundovun "Eşq və İntiqam" əsərinə quruluş verərək, möhtəşəm bir tamaşa ərsəyə gətirib.

Mingəçevir Dövlət Dram Teatrı region teatrları ilə yanaşı, paytaxt teatrları ilə də sıx əməkdaşlığa hazırdır. Beləliklə, aprel ayının 27-də, saat 19.00-da teatr Bakı sakinlərini, həmçinin paytaxta yaşayan mingəçevirliləri Akademik Milli Dövlət Dram Teatrına, "Eşq və İntiqam" tamaşasına baxmağa dəvət edir.

Qaynar.info