Ekonomiks 09:34 01.09.2019

Minimum əməkhaqqı 250 manat oldu

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam bu gün qüvvəyə minib.

Qaynarinfo-nun məlumatına görə, sərəncamla sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Xatırladaq ki, indiyədək bu məbləğ 180 manat olub.