Dünya 18:23 06.10.2017

Minlərlə insan Tələbaninin cənazəsini qarşılamağa çıxdı (FOTOLAR)

İraqın keçmiş prezidenti və Kürdüstan Yurdsevərlər Birliyinin baş katibi Cəlal Təlabaninin nəşi Almaniyadan Süleymaniyyə şəhərinə gətirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Təlabaninin cənazəsini gətirən təyyarədə həyat yoldaşı, KYB bürosunun məsul şəxsi Hero İbrahim Əhməd və İraq Kürd Bölgə İdarəsi prezidentinin köməkçisi olan oğlu Kubat Təlabani də olub.

Süleymaniyyə Havalimanında cənazəni qarşılama mərasimində İraq prezidenti Fuad Məsum, İraq Kürd Bölgə İdarəsinin prezidenti Məsud Bərzani, İraq xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər nazirlər, rəsmi şəxslər, İraqdakı xarici dövlətlərin səfirləri və minlərlə sıravi vətəndaş iştirak edib. Havalimanında 21 dəfə top atəşi həyata keçirilib və İraq prezidenti Fuad Məsum və İKBİ rəhbəri Məsud Bərzani Təlabaninin cənazəsi üzərinə çələng qoyub. 

Cəlal Təlabaninin nəşi havalimanındakı mərasimdən sonra Süleymaniyyə məscidinə, daha sonra isə dəfn edilmək üçün Debaşan bölgəsinə aparılacaq. 

Qeyd edək ki, İraqın ilk kürd prezidenti olan 84 yaşlı Təlabani müalicə olunmaq üçün Almaniyanın paytaxtı Berlinə getmiş və 3 oktyabrda orada dünyasını dəyişmişdi.


Gülşən

Qaynarinfo.Az