İdman 18:55 22.06.2019

"Minsk-2019": Azərbaycan daha iki medal qazandı - İdmançımız ermənini məğlub etdi

Azərbaycan II Avropa Oyunlarında daha iki medal qazanıb.

Qaynarinfo xəbər verir ki, samboçumuz Mehman Xəlilov bürünc medala sahib çıxıb. 57 kq çəki dərəcəsində yarışan Mehman bürünc medal uğrunda görüşdə Maksim Manukyanla qarşılaşıb. İdmançımız erməni rəqibini döşəyə çıxmağa peşman edib. Mehman 9:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk bürünc medal qazandırıb.

68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edib.