Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək.
Təhsil Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.
Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Şərhlər