Xəbər lenti

Miqren, mədə və boğaz ağrılarına son
Sağlamlıq 08:58 26.08.2017

Miqren, mədə və boğaz ağrılarına son

Ağ rəngli kristallik toz olan soda zəif duzlu və ya qələvi dada malikdir. Suda çox yaxşı həll olur, spirtdə isə demək olar ki, həll olmur. Çay sodası bəşəriyyətə lap qədim zamanlardan, hətta paleolit dövründən məlumdur.

"Qaynarinfo" enter.news-a istinadən xəbər verir ki, soda XVIII əsrdən başlayaraq mətbəxdə, elmi təbabətdə və xalq təbabətində istifadə edilir.

Rusiyada XIII-XIV əsrlərdə qarpız dilimlənərək sodalı suda isladılır və ondan dadlı çərəz hazırlanırdı. Qarpızı uzun müddət saxlamaq üçün də sodadan istifadə edilirdi. Bundan başqa yanğının üzərinə quru soda tökülməsi onun qarşısını alır. Qoxu gələn yerlərə soda səpilməsi iyin çəkilməsinə səbəb olur.

İlk rəngli karandaş 1683-cü ildə Almaniyada yaradılsa da, keyfiyyətli deyildi, lakin sonradan istehsal prosesinə sodanın əlavə edilməsi ilə daha keyfiyyətli və möhkəm karandaşlar yarandı.

Üzgüçülər əzələdə süd turşusunun miqdarını azaltmaq üçün sodadan dopinq kimi istifadə edirlər.

Tibbi məqsədlər üçün soda daha geniş miqyasda tətbiq edilir. Mədə qıcqırması zamanı yarım çay qaşığı soda 1 stəkan suda həll edilərək kiçik qurtumlarla içilir. Həmin reseptin günorta yeməkdən yarım saat əvvəl və 1 həftə qəbil edilməsi isə miqrenin, 1 çay qaşığı sodanın 1 stəkan suda həll edilərək gündə 6 dəfə qarqara edilməsi isə öskürək və boğaz ağrısının qarşısını alır.

Xroniki laringit və rinit xəstəliyi zamanı da sodadan məhlul hazırlanıb qəbul edilir. 1 xörək qaşığı sodanın üzərinə 1 litr su əlavə edilərək qaynama həddinə çatdırılır, xroniki laringit zamanı gündə 5-6 dəfə 10-15 dəqiqə həmin məhlulla inhalyasiya edilir. Rinit zamanı isə 1 xörək qaşığı su 0,1 qram soda ilə qarışdırılaraq gündə 2-3 dəfə burun dəliklərinə damızdırılır.

Bağırsaqların təmizlənməsi zamanı da soda məhlulu faydalı vasitədir. 1 çay qaşığı soda 1 litr suda həll olunur, alınan məhlulla imalə edilir. Təmizləyici imalə 7 dəfə olmaqla günaşırı aparılır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->