Hazırda Ermənistan TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") layihəsi çərçivəsində sənədlərin razılaşdırılması mərhələsindədir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, daha sonra konkret müqavilə imzalanacaq.
"Hazırda biz danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə hökumətlərarası saziş kimi bir şey olmalıdır. Bu məsələ üzrə danışıqlar səngiməyib, biz məhz bu vaxt üçün planlaşdırdığımız mərhələdəyik və iş davam edir", - Mirzoyan bildirib.
Şərhlər