XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mirzoyandan Ankara ilə bağlı açıqlama - İrəvan niyə humanitar yardım göstərib?
Dünya11:00 15.02.2023

Mirzoyandan Ankara ilə bağlı açıqlama - İrəvan niyə humanitar yardım göstərib?

Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və iki dövlət arasında sülhün bərpasına hazırdır. 
Qaynarinfo xəbər verir ki, bunu çərşənbə günü Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazirin sözlərinə görə, təbii ki, Ankarada bugünkü görüş dağıdıcı zəlzələ ilə bağlıdır, lakin bu, Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına tam hazır olduğunu və istəyini təsdiqləyir.
Mirzoyan 30 ildir "qıfıllı” olan Ermənistan-Türkiyə sərhədinin açılmasını, Ermənistandan Adıyamana humanitar yardım göndərilməsini simvolik adlandırıb. O, Ermənistanın göndərdiyi humanitar yardımın ikinci partiyasının bir neçə saatdan sonra Adıyamanda olacağını da bildirib.
Ermənistan xarici işlər naziri ölkənin faciənin nəticələrinin aradan qaldırılmasında qonşu Türkiyəyə kömək etmək qərarına gəlməsinin səbəblərini açıqlayıb.
Mirzoyan xatırladıb ki, 1988-ci ildə baş vermiş dağıdıcı Spitak zəlzələsi erməni xalqının tarixində ən ağır səhifələrdən biri olub və bu gün Türkiyədə minlərlə ailənin ağrısı Ermənistana yad deyil.
Erməni nazir əmindir ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət humanitar böhranlara biganə qalmamalıdır. Məhz bu prinsip əsasında Ermənistan hökuməti zəlzələdən dərhal sonra Türkiyəyə xilasedicilər və humanitar yardım göndərmək qərarına gəlib.
"Ermənistan Respublikası adından minlərlə qurbanların ailələrinə, Türkiyə xalqına və hökumətinə bir daha başsağlığı verir, bütün qurbanların tezliklə sağalmasını arzulayıram... Bu cür təbii fəlakətlər, onların miqyası dövlətlərin hüdudlarından kənara çıxır, ümumbəşəri faciəyə çevrilir”, - Mirzoyan bildirib.
O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna xoş sözlərə və erməni xilasedicilərin və bütövlükdə erməni tərəfinin əməyinə verilən yüksək qiymətə görə təşəkkür edib. Onun sözlərinə görə, erməni xilasedicilər və onların həmkarları hazırda ən vacib işə - insanların həyatını xilas etməyə nail olublar.
Alpər