Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdulayev deyib. O qeyd edib ki, 48 Azərbaycan vətəndaşının təxliyyəsindən sonra daha bir neçə azərbaycanlı səfirliyə müraciət edərək bu ölkəni tərk etmək istədiyini bildirib: “Ölkədə kütləvi aksiyalar keçirilən günlərdə bizə bir neçə telefon zəngi daxil oldu, vətəndaşlarımız Misiri tərk etmək istədiklərini bildirdilər. Lakin nümayişlər dayandıqdan sonra onlar fikirlərini dəyişirlər və qalmaq istəyirlər. Səfirlik onlara yardımçı olmağa hazırdır. Biz müvafiq təlimatlar almışıq, vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir”.
Ş. Abdullayevin sözlərinə görə, səfirlikdə hələ də “qaynar xətt” fəaliyyət göstərir və Azərbaycan vətəndaşları oraya müraciət edə bilər. Səfirlik adi rejimdə fəaliyyətini davam etdirir.
Xatırladaq ki, avqust ayında Azərbaycan FHN-in təyyarəsi Misirdə olan və bu ölkəni tərk etmək istəyən Azərbaycan vətəndaşlarını ölkəyə gətirib.
Qaynar.info
Şərhlər