Xəbər lenti

“Miss Azerbaijan”da rüşvət qalmaqalı: iştirakçıdan şok açıqlama
Maqazin 22:58 09.06.2015

“Miss Azerbaijan”da rüşvət qalmaqalı: iştirakçıdan şok açıqlama

“Miss Azerbaijan-2015” model müsabiqəsi ətrafındakı qalmaqal davam edir. Müsabiqədə “İkinci vitse-miss Azerbaijan” nominasiyasına layiq görülən Əfsanə Qasımova müsabiqədə ondan rüşvət istənildiyini iddia edir.

O, açıqlamasında tacın qiymətinin 15 min manat olduğunu bildirib: “İlk dəfə Aneliya Orduxanova məni məşqdən götürdü. Dedi ki, birinci yer istəyisənsə 15 min manat verməlisən. Mən də fikirləşəcəyimi, sonra cavab verəcəyimi dedim. Düşündüm ki, mən onsuzda onlayn səsvermədə birinciyəm. Niyə bunlara pul verməliyəm? Nə vaxta kimi belə yarışmalarda yerlər satılacaq? Sonra mən 17 min səs topladım. Təşkilatçılar səs fazimi aşağı salmaq üçün elan etdilər ki, bütün səslər 10-a bölünəcək. Buna etirazımı bildirdim, qulaq asan olmadı. Mənə bildirdilər ki, 1-ci yerin sahibi azərbaycanlı xanım olacaq. Axı niyə belarusiyalı “Miss Azerbaijan” qalibi olmalıdı? Bu necə olur ki, başqa ölkənin vətəndaşı konkursa qatılır?”

İştirakçı Əfsanə Qasımova təşkilatçıları məhkəməyə verəcəyini bildirib: “Məhkəməyə vermək niyyətindəyəm. Qoy bu yarışmanın lisenziyası bunlardan alınsın. Bəsdi daha yarışmalarda hüquqlarımız tapdalandı. Bizi aktrisa kimi oynatdılar”.

İştirakçı Əfsanə Qasımova təşkilatçıları məhkəməyə verəcəyini bildirib: “Məhkəməyə vermək niyyətindəyəm. Qoy bu yarışmanın lisenziyası bunlardan alınsın. Bəsdi daha yarışmalarda hüquqlarımız tapdalandı. Bizi aktrisa kimi oynatdılar”.//qafqazinfo.az

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->