"Miss Universe - 2018" gözəllik müsabiqəsinin Syerra-Leone təmsilçisi Ester Banqura itkin düşüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bütün iştirakçılar Tailandda keçiriləcək müsabiqə üçün artlıq hazırlıqlara başlasalar da, Syerra-Leone təmsilçisindən xəbər yoxdur. O, dekabrın 5-də Tailandda olmalı idi.
Ester Banquanın sonuncu dəfə sosial şəbəkə hesabında 29 noyabrda paylaşım etdiyi bildirilir.
Onun harada olması barədə məlumat yoxdur.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər