Xəbər lenti

MN erməni yalanını ifşa etdi:
Foto 13:21 17.06.2018

MN erməni yalanını ifşa etdi: "Ordumuz Xocalı aeroportunu daim nəzarətdə saxlayır" (FOTO)

Ermənistan "qırıcı”larının Xankəndidə guya uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

Azərbaycanın Müdafiə Nazirliyi Xankəndi üzərində guya Ermənistana məxsus "qırıcı” təyyarələrin uçuşlar həyata keçirməsinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, MN bu kimi xəbərlərin yayılmasını düşmənin növbəti informasiya avantyurası adlandırıb.

"Bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus "qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.

Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.

İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və Mi-8 nəqliyyat helikopteri müşahidə olunur", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələri xahiş olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->