Monteneqro parlamenti eynicinslilərin evlənməsinə icazə verdi

Monteneqro parlamenti eynicinslilərin evlənməsinə icazə verdi

Monteneqro parlamenti 1 iyul çərşənbə günü eyni cinsli ortaqlıqlar haqqında, eyni cinsli nikahları leqallaşdıran qanun qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu haqda REGNUM-un məlumatında deyilir. Parlamentin 42 deputatı sənədi dəstəkləyib, beşi əleyhinə olub. Qanun layihəsinin qəbul edilməsi üçün 41 səs tələb olunub. 

Yeni qanuna görə, Monteneqroda eyni cinsli cütlərə heteroseksual cütlüklərlə eyni hüquqlardan istifadə etmək icazə verilir. Ancaq övladlığa götürmə ehtimalı təmin edilmir.

Qanunun qəbul edilməsi Monteneqro Prezidenti Milo Cukanovic, Baş nazir Duşko Markovic, ABŞ səfirliyi, respublikanın ictimai və insan hüquqları təşkilatlarının üzvləri tərəfindən müsbət qarşılanıb.

Daha əvvəl bildirilirdi ki, Rusiyanın "LGBT Şəbəkəsi” proqramlarının direktoru İqor Koçetkov və ABŞ-da nikah bağlamış həyat yoldaşı Kirill Fyodorov əri üçün həyat sığortası xərclərinə görə vergi güzəşti alıblar.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR