Ölkə 21:01 23.04.2021

Moskva-Bakı təyyarəsi təcili eniş etdi

"Aeroflot” şirkətinin Moskva-Bakı reysi üzrə hərəkət edən təyyaərsi Mineralnıy Vodı aeroportuna təcili eniş edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Appendisit şübhəsi olan sərnişin Minvodda qalıb.

Təyyarə daha sonra uçuşunu davam etdirib.