Moskva küçələri Mahirin şəkilləri ilə bəzəndi (FOTOLAR)

Moskva küçələri Mahirin şəkilləri ilə bəzəndi (FOTOLAR)

Bu gün Avroliqanın qrup mərhələsində "Spartak"la oyuna çıxacaq "Legiya" yeni kampaniyaya start verib.

Qaynarinfo xəbər verir ki, Polşanın ən titullu klubu avrokubokların nüfuzlu iştirakçıları sırasına qayıtması münasibətilə "Biz geri dönmüşük" kampaniyasının açılışını edib. 

Polşa çempionunun əsas oyunçularının şəkillərini və kampaniyanın şüarını əks etdirən, qrafikalı, böyük formatlı elektron reklam lövhələri Moskvanın iri ticarət obyektləri və iş mərkəzlərinin fasadına yerləşdirilib. Reklam lövhələri Rusiyanın paytaxtında "Xoroşo" ticarət mərkəzində, həmçinin "Varshavska Sky" İş Mərkəzində yerləşdirilib ki, bu ünvanlar hər gün minlərlə insan tərəfindən ziyarət edilir. Hər iki lövhədə millimizin üzvü Mahir Emrelinin şəkli var.

Kampaniyanın növbəti matçlarda və daha qeyri-standart formada həyata keçirilməsi planlaşdırılır ("Legiya"nın qrupdakı digər rəqibləri İngiltərə təmsilçisi "Lester Siti" və İtaliya klubu "Napoli" olacaq).
XƏBƏRLƏR
BLOGLAR
X