Avstraliya Daxili İşlər Naziri Toni Berk "Heil Hitler" (Yaşasın Hitler) mahnısının yayımlanmasından sonra amerikalı reper Kanye Uestin mövcud vizasını ləğv etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Antisemitizmin rasional olduğunu iddia edənlərin bura gəlməsinə icazə verməyəcəyəm", deyə nazir bəyan edib.
Daxili işlər naziri vurğulayıb ki, Uest təhqiredici sözlərindən çox istifadə edir. Onun idarəsi "Heil Hitler" trekinin buraxılışından sonra yenidən reperə diqqət yetirib. Bundan sonra nazirlik onun vizasını geri almaq qərarına gəlib.
Berk Uestə Avstraliyaya girişin əbədi olaraq qadağan edilib-edilmədiyini dəqiqləşdirməyib. O qeyd edib ki, Avstraliya qanunvericiliyinə uyğun olaraq, hər dəfə viza müraciəti təqdim ediləndə onların yenidən nəzərdən keçiriləcəyini bildirib.
2025-ci il mayın 8-də, Avropa və ABŞ-da Qələbə Günündə Kanye Uestin Hitler haqqında trek buraxdığı məlum olub. Mahnının klipində heyvan dəriləri geyinmiş və nəzist salamını xor oxuyan qaradərili kişilər çəkilib. Daha sonra Uest X sosial şəbəkəsində siyasi baxışlarını dəyişdiyi barədə bir sıra yazılar yayımlayıb. O, "antisemitizmlə işini bitirdiyini" vurğulayıb.
Aydın
Şərhlər