Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat (FOTO)

Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat (FOTO)

Rusiyanın paytaxtı Moskva şəhərində Ümumrusiya Dekorativ, Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən "İmperiya və Qafqaz. Silahlar, avadanlıqlar, hərbi ənənələr. XIX - XX əsrin başlanğıcı" adlı sərgidə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib. 

"Report”un Rusiya bürosunun verdiyi məlumata görə, sərgidə nümayiş olunan eksponatların birində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib.

Qeyd edək ki, 2020-ci il fevralın 5-dən başlayan sərgidə A.V. Kosarevin şəxsi kolleksiyasında olan Azərbaycan xəncərləri nümayiş olunur.

Mövcud təxribat haqqında məlumatlı olduqlarını "Report”a bildirən "Moskva Azərbaycan cəmiyyəti”nin sədri Şamil Tağıyev qeyd edib ki, bununla bağlı qanun çərçivəsində bütün lazımi addımlar atılacaq.

Sərgidə 600-dən çox tarixi eksponat nümayiş olunur.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR