Dünya 12:21 24.08.2019

Moskvada təyyarə səfərləri kütləvi şəkildə ləğv edilir

Moskvada təyyarə reysləri kütləvi şəkildə təxirə salınır və ya ləğv edilir.

Qaynarinfo xəbər verir ki, Rusiya KİV-inin məlumatına görə, səhər saatlarında "Domodedovo" hava limanında 25 reys təxirə salınıb, 10 səfər ləğv edilib. "Vnukovo" aeroportunda təxirə salınan və ləğv edilən uçuşların sayı müvafiq olaraq 6 və 2-dir.

Problemin nə olması barədə məlumat verilmir.

Gülşən