Dünya 10:35 28.11.2013

Moskvada yaşayan miqrantlara BƏD XƏBƏR


Deputatlar metronun ətrafında miqrantları yoxlamaq üçün xüsusi məntəqələr yaradılmasını təklif ediblər


Moskva metrosunun ətrafında miqrantları yoxlamaq üçün xüsusi məntəqər quraşdırılacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə millət vəkillləri təkliflə çıxış edəcəklər.

Deputatlar miqrantların əksəriyyətinin Moskva metrosunun ətrafında toplaşmalarından narahat olduqlarını bildiriblər. Onlar hökümətdən paytaxt metrolarında miqrantlara qarşı nəzarəti gücləndirməyi tələb ediblər. Moskva Şəhər Dumasının Təhlükəsizlik Komissiyasının müdir müavini Sergey Qonçarov metro stansiyaların ətrafında və platformalarda toplaşan miqrantlara nəzarət etmək üçün Federal Miqrasiya Xidmətinin məntəqələrinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu yolla miqrantların sənədlərini yerindəcə yoxlamaq mümkün olacaq.


Qaynar.info