Xəbər lenti

Moskvanın cənubunda radioaktiv sızıntının mövcudluğu gizlədilir?
Dünya 22:48 20.10.2019

Moskvanın cənubunda radioaktiv sızıntının mövcudluğu gizlədilir?

Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda 60 min ton radioaktiv tullantı aşkar edilib. Lakin şəhər hökuməti radiasiyanın mövcudluğunu gizlədir və hətta orada yeni avtomobil körpüsünü tikməyi planlaşdırır.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Rundschau” qəzetində məlumat verilib.

"Bölgədə gəzərkən displey (ekran) əvvəlcə 8,6, daha sonra 9,8, hətta 10,1 mikrozivert/saatı (zivert - radioktiv dozanın ölçmə vahididir) göstərir. Cihaz dərhal "Təhlükəli radioaktivlik”, - deyə həyəcan siqnalı verir.

"Müqayisə üçün Çernobıl zonasında, hətta qəza reaktorunun yanında bu göstərici sadəcə 1,2 mikrozivertdir. Rusiyanın Fövqaladə Hallar Nazirliyi burada 61 mikroziverti belə qeydə alıb. Bu adi normadan 300 dəfə çoxdur”, - deyə nüvə tullantılarının saxlandığı zonada dozimetrlə ölçü həyata keçirən 61 yaşlı ekoaktivist İvan Kondratyev jurnalist Ştefan Şolla danışıb.

"Rospotrebnadzor”un (Federal istehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət xidməti) məlumatına əsasən, Moskva çayının yamacındakı radioaktiv tullantıların həcmu 60 min tona yaxındır. Burada zavodla dəmir yol platforması arasındakı yamacda isə körpü tikilməsi nəzərdə tutulur. Eskpertlər həmin layihəni "səfeh nüvə zarafatı” adlandırırlar.

Qeyd olunur ki, Sovet İttifaqı 1949-cu ildən nüvə silahı üçün yararlı sayılan radioaktiv maddələrin istehsalına başlayıb. Məhz Moskva polimetal zavodunda nüvə raket başlıqları üçün plutoniumun emalı prosesi həyata keçirilib. Yerli əhali və ekologiya mütəxəssisləri həmin tullantıların bu yamaca "dəfn” edilərək üstünün gillə örtüldüyünü bildirirlər. Ərazi əvvəllər qadağan olunmuş zona sayılıb. Lakin hazırda həmin sahənin sahibi Rusiyanın atom nəhəngi "Rosatom” deyil, şəhər bələdiyyəsidir.

"Alfa-şüalanma radionuklidləri (radioaktiv izotoplar) xaricdə təhlükəli sayılmır. Lakin onlar kül şəklində ciyərlərə hopsa şüalanma ölümcül hal alır. Buna görə də biz bu rayonda iri tikintilərin həyata keçirilməsinə qarşıyıq,” - deyə "Radioaktiv tullantıların təhlükəsizliyi” proqramının eksperti Andrey Ojarovski qeyd edib.

A.Ojarovski bu cür radioaktiv tullantıların ölkənin hər yerində basdırıldığını, dəqiq informasiyanın isə yalnız "Rosatom”da olduğunu deyib.

Məsələn, Rusiya 12 il ərzində Almaniyanın Qronau şəhərindən İrkuts vilayətindəki Anqarsk zonasına nüvə tullantıları gətirib. Bununla bağlı xərclər Almaniyanın "Urenco” firması tərəfindən ödənilib. Özü də həmin tullantıların idxal və ixracı hər iki ölkədə qadağan olunubmuş. Yalnız 2008-ci ildə ictimaiyyətin təzyiqi ilə "Urenco” firması ilə əməkdaşlıq dayandırılıb. 

"Rosatom” isə deyəsən, bundan narahat deyil. Krasnoyarsk vilayətinin Jeleznoqorsk şəhəri yaxınlığında, Yenisey çayının yanında, 450 metr dərinlikdə yeni laboratoriya inşa edilir. Əslində bu laboratoriyanın təyinatı yerli və ya xarici nüvə tullantılarının saxlanma nöqtələrinin yararlılığını test etməkdir. Lakin layihənin əleyhdarlarının fikrincə, burada artıq eksperimental səviyyədə külli miqdarda nüvə qalıqları saxlanılır.

Məsələn, qonşu "Sever” poliqonunda artıq 50 ildir ki, maye halda radiokativ tullantılar Yerin dərinliklərinə axıdılır. Rəsmi məlumatlara əsasən, 2012-ci ldə maye halda saxlanılan radioaktiv tullantıların ümumi həcmi 88 min kubmetr təşkil edib. Lakin 2017-ci ildə konfidensial informasiyaların ortaya çıxması ilə həmin rəqəmin əslində 6,5 milyon kubmetr olduğu göstərilib. Ekspertlərin fikrinəcə, bu cür "radioaktiv şorba” 100 ildən sonra artıq yeraltı sulara gedib, çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->