Maurisio Poçettinonu istefaya göndərən "Tottenhem"in yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi Joze Mourinyoya tapşırılıb. "Tottenhem" portuqaliyalı mütəxəssislə 2022/23 mövsümünün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Mourinyo indiyədək Portuqaliyanın "Benfika", "Uniao de Leyria", "Portu", İngiltərənin "Çelsi" (iki dəfə), "Mançester Yunayted", İtaliyanın "İnter" və İspaniyanın "Real" klublarını çalışdırıb.
Şərhlər