Ölkə 17:24 09.04.2019

MSK: "12 siyasi partiyadan 6-sının sədri vəfat edib"

"12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib”.

Qaynarinfo xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, həmin partiyaların 6-nın sədri dünyası dəyişib: "Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”.

M.Rəhimov deyib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.