Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı quruma daxil olan müraciətlərə baxıb.
Trend-in məlumatına görə, iclasda MSK katibi Arifə Muxtarova və Komissiyanın üzvü Ramiz İbrahimov bildiriblər ki, prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən daxil olan müraciətlər bəzi seçki komissiyalarında protokolların tərtib olunması zamanı seçki qanunvericiliyinin müddəalarının pozulması ilə bağlı olub.
Bildirilib ki, müraciət əsasında onlarla məntəqədən yüzlərlə şəxsdən izahat alınıb və müraciətlər öz təsdiqini tapmadığından əsassız hesab edilib.
Qaynar.info
Şərhlər