MSK daha bir məntəqənin nəticələrini ləğv etdi

MSK daha bir məntəqənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi İkinci Seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü pozuntuların olduğunu iddia edib. Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.

MSK 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR