Rusiya dövləti hərbçilərin Misir və İsraildə istirahət etməsini yasaqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrindəki mənbə dövlətin bu qərarını Misir və İsraildəki hərbi-siyasi vəziyyətlə əlaqələndirib. Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun imzaladığı əmrə əsasən, qizli və çox gizli məlumatlara sahib olan Rusiya Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin gedə biləcəyi ölkələrin siyahısı hazırlanıb. Həmin siyahıda Azərbaycan və Türkiyə daxil olmaqla 39 ölkənin adı yer alıb. Misir və İsrailə getmək isə qadağan olunub. Səbəb kimi isə həmin ölkələrdə siyasi və hərbi vəziyyətin narahatedici olması göstərilib.
Silahlı Qüvvələrdəki mənbənin sözlərinə görə, hərbçilərin gedə biləcəyi ölkələr siyahısında Azərbaycan, Ermənistan, Türkiyə, Avstriya, Bolqarıstan, Belarus, Vyetnam, Macarıstan, Yunanıstan, İtaliya, Tunis, Fransa və digər ölkələr yer alırlar.
Şərhlər