Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq? (RƏSMİ)

Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq? (RƏSMİ)

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım nəzərdə tutulmayıb.

Bu barədə Təhsil TV-nin "Təməl” verilişində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı yalnız dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilir.

Qeyd edək ki, 18 iyunda Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır. (azedu.az)

XƏBƏRLƏR
BLOGLAR