Maqazin 12:02 02.11.2014

Müğənni Günel həmkarlarını biabır etdi

Müğənni Günel Ələkbərova bəzi müğənnilərin ünvanına söz atıb: 

"Hər kəs bilir ki, hər verilişə getmirəm. Lakin elə mövzular olur, getməyə məcbur oluram. Onu təsdiq edim ki, həmkarlarımın çoxunun intellekti çox aşağıdır. Müğənni tanıyıram, yalandan deyir “Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm”. İnanın, ona Asəf Zeynallının şəkilini göstərsəz heç tanımaz. Heç musiqi təhsili belə yoxdur. Ad çəkmək istəmirəm şou-biznesdə belələri çoxdur”.

Milli.az