“Ay Zaur” verilişinə qonaq olan Nadir Qafarzadə təəssüfünü gizlədə bilməyib.
Gecce.az xəbər verir ki, sənətçi göz və nəfs ucbatından bahalı avtomobilini gözü yumulu ucuz qiymətə satıb.
“Bir ay ərzində göz məni yıxdı, qardaş. O gözlərdən sonra nələr çəkdiyimi bir mən bilirəm. Məbləğindən 5-10 min də ucuzuna satdım. Almaniyadan gətiriləndən sonra heç 150 km sürməmişdim. Hər kəs maşınla şəkil çəkdirirdi. Mənlə çəkdirin də, maşını neynirsiz? Bütün saytlar da avtomobildən yazırdı.
Hər dəfə yol gedəndə də fikirləşməkdən bir təhər olmuşdum. İstəyir Mazeratti olmasın, “Cəhənnəmazaratti” olsun. Məndən uzaq olsun. Bundan sonra sənət adamları, nə edirsinizsə, gizlin edin. Nə varınızı, nə dövlətinizi camaata göstərməyin.”
Qaynar.info
Şərhlər