Dünya 18:37 20.08.2018

Müharibəyə görə ayrı düşən ailələr 65 il sonra görüşəcək

Koreya müharibəsi səbəbilə ayrı düşən ailələr 65 ildən sonra görüşüblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın Kumqanq dağında baş tutan və 3 gün davam edəcək görüş üçün yaşı 70-dən çox olan 89 Cənubi koreyalı Şimala gedib. Ən qoca şəxsin yaşı 101-dir. Qohumlar 6 dəfə və ümumilikdə 11 saat görüşəcək. Növbəti dəfə isə Şimali Koreyadan olan 83 nəfər Cənuba səfər edəcək. 

Qeyd edək ki, müharibə səbəbilə ayrı düşən ailə üzvlərinin görüşü ilk dəfə 2000-ci ildə baş tutmuşdu.

Gülşən