2007-ci ildə qayınatasını və qaynını öldürən, daha 5 qohumuna isə ağır xəsarət yetirən şəxs həbsxanadan hüquq-mühafizə orqanlarına müraciət edib.
Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ömürlük həbs cəzasına məhkum edilmiş 1970-ci il təvəllüdlü H.Z azyaşlı qızının zorlanması barədə məlumat verib.
O, 2 yaxın qohumunu qətlə yetirən və 5 qohumunu isə ağır yaralayan şəxs qızı H.K-nın Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 2, ev 2,. mənzil 18 ünvanında zorla cinsi əlaqəyə məcbur edildiyini qeyd edib. O bildirib ki, qızını Ümid adlı şəxs zorlayıb.
Şərhlər