Dünya 17:06 06.11.2013

Mursi xəstəxanaya yerləşdirilib - VİDEO


Misir mətbuatı hələ bir müddət Mursinin xəstəxanada olacağı barədə xəbər dərc edib


Ötən gün məhkəməsi təxirə salınan Misirin devrilmiş prezidenti Məhhəmməd Mursi İsgəndəriyyə şəhərində xəstəxanaya yerləşdirilib. Onun mədəsindəki küt ağrılardan şikayəti olduğu bildirilir. Misir mətbuatı hələ bir müddət Mursinin xəstəxanada olacağı barədə xəbər dərc edib. Amma onun dəqiq hansı xəstəxanada olduğu bilinmir. Sabiq prezidentin yerinin gizli saxlanılması onun lideri olduğu “Müsəlman qardaşlığı təşkilatının” tərəfdarlarının törədəcəyi əmməllərindən sığortalanmaq üçün edildiyi bildirilir.

Sabiq prezident Məhəmməd Murisinin məhkəməsi noyabrın 4-də keçirilib. O və tərəfdarları məhkəmə zalında şüarlar səsləndirdiklərinə görə proses yanvarın 4-də təxirə salınıb. Mursi dövlətə xəyanətdə, mitinq iştirakçılarının qətlində və Həmas təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.


Qaynar.info