Xəbər lenti

Musa Süleymanovla dövlət qurumu arasındakı
Ekonomiks 13:40 26.11.2024

Musa Süleymanovla dövlət qurumu arasındakı "icarə qalmaqalı"

"Tovuz" Xeyriyyə Cəmiyyətinin sədri, "Turan" futbol klubunun keçmiş prezidenti, tanınmış iş adamı Musa Süleymanovla Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında məhkəmə çəkişməsi davam edir.  

Qaynarinfo-nun məlumatına görə, iş hazırda Ali Məhkəmədədir. 

Kassasiya şikayətini dövlət qurumunun verdiyi bildirilir. Məhkəmə çəkişməsi icarə müqaviləsinə dair mübahisələrlə bağlıdır.  

Musa Süleymanov 90-cı illərdən biznes fəaliyyətinə başlayıb. 1991-ci ildə "Simurg-M" Firmasını təsis edib. 1998-ci ilə qədər firmanın rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildə isə "Simurg-M" Tele-Radio Kompaniyasını təsis edib.

Hazırda "ADO-G İnşaat, Təchizat və Quraşdırma" MMC-nin prezidentidir. 

Musa Süleymanov 2014-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildə isə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->