Video 12:30 11.01.2022

Musa və Təranənin bu hərəkəti qınağa səbəb oldu (VİDEO)

Müğənni Təranə Qumral ilə həyat yoldaşı Musa Musayev ictimai qınağa tuş gəlib.

Qaynarinfo xəbər verir ki, buna səbəb cütlüyün yeni mahnısı olub. Efirdə qonaq olan cütlük "Öp beni” adlı mahnını təqdim edərkən Musa Musayev Təranə Qumralı öpüb.

Onun bu hərəkəti tamaşaçılarla yanaşı izləyicilərin də qəzəbinə tuş gəlib. İzləyicilərdən biri "Ər öpər də adamı, amma əsl kişi camaatın içində öpməz. Gecə yəqin onu tapmırsan”, daha bir izləyici isə "Qocaldıqca bəzi insanların ağlı azalır. Bu cütlük də ondandır. Bir zamanlar efirdə bir-birini biabır edirdilər, indi də biabır edirlər”, - yazıb.

Bütün bunlardan sonra Təranə ilə Musa onları qınayanlara "qısqananlar çatlasın” cavabını verib. 

Bahar Rüstəmli