XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müsahibə zamanı ağzından qaçırdı: Gizlicə evləniblər?
Maqazin10:01 02.09.2026

Müsahibə zamanı ağzından qaçırdı: Gizlicə evləniblər?

Əvvəllər Cennifer Eniston və Ancelina Coli ilə evlənən, ilk evliliyi dostcasına başa çatsa da, Ancelina Colidən ayrıldıqdan sonra onunla amansız düşmənə çevrilən Bred Pit son bir neçə ildir xoşbəxt münasibət yaşayır. Hətta Coli ilə mübarizəsi və 6 övladının ona arxa çevirərək soyadını rədd etməsi kimi onu mənəvi cəhətdən yoran hadisələri unutmaq üçün sevgilisi İnes de Ramonun çiyninə sığınır.

Qaynarinfo xəbər verir ki, 2023-cü ilin noyabrından birlikdə olan Bred Pit və İnes de Ramonun münasibətləri getdikcə ciddiləşib və onların evlənəcəyi ilə bağlı tez-tez söz-söhbətlər yayılıb.

Bəzi insanlar iki evlilikdən sonra Bred Pitin bir daha belə bir addım atmaq niyyətində olmadığını desələr də, eyni mənbələr onun İnes de Ramonla uzun illərdir yaşamadığı xoşbəxtliyi yaşadığını bildirirdilər.

Ağzından qaçırdığı sözlər şayiələri gücləndirdi

62 yaşlı Bred Pit və 33 yaşlı İnes de Ramon daha əvvəl nişan və ya evlilik barədə danışmayıblar. Lakin Bred Pitin yaxın vaxtlarda verdiyi səmimi müsahibədə ağzından qaçırdığı sözlər məşhur cütlüyün gizlicə evlənmiş ola biləcəyi ilə bağlı iddiaları daha da gücləndirib.

Söhbət Bred Pitin “Esquire” jurnalına öz evində verdiyi müsahibədən gedir.

Los-Ancelesdəki evində keçirilən müsahibə zamanı ulduz aktyorun bu evdə “krallar kimi” qarşılandığı bildirilib. Lakin evlilik söz-söhbətinə səbəb olan məqam Bred Pitin qonaqlarını qarşılayarkən təvazökar şəkildə “Pitlər evində adi bir gün” deməsi olub.

Məsələ ilə bağlı mətbuata danışan mənbələr bildiriblər: “Əslində İnesə xanım Pit deyir. Bred ‘mənim evimdə’ və ya ‘evimdə adi bir gün’ demədi. O, bu evi 2025-ci ilin avqustunda alıb. İnes de Ramonun isə oktyabr ayında bura köçdüyü deyilir. Amma o, sadəcə sevgilisidirsə, ‘Pitlərin evi’ demək yenə də qəribədir".

Pitin iki evliliyi uğursuz başa çatıb

Bred Pit 2000-ci ildə Cennifer Enistonla evlənib. “Mr. & Mrs. Smith” filminin çəkilişləri zamanı Ancelina Coliyə aşiq olduqdan sonra cütlük 2005-ci ildə boşanıb.

Pitin Ancelina Coli ilə evliliyi isə 2016-cı ildə başa çatıb. 51 yaşlı Coli Pitin şəxsi təyyarədə ona və övladlarından bir neçəsinə hücum etdiyini iddia edib. Bred Pit uşaq rifahı üzrə səlahiyyətli qurumlar tərəfindən təqsirsiz hesab edilib. Federal Təhqiqatlar Bürosu (FBI) hadisəni araşdırsa da, ittiham irəli sürməkdən imtina edib.

Toyda evli cütlük kimi davranıblar

Bred Pitin yaxınları onun üçün “üçüncü cəhd uğur gətirə bilər” deyirlər. Onların sözlərinə görə, Pit və sevgilisi İnes de Ramon bir-birlərinə dəlicəsinə aşiq görünürlər və Teylor Sviftin toyunda da tamamilə evli cütlük kimi davranıblar.

Məşhur cütlüyün evliliklərini gizli saxlamağa davam etmək üçün nikah üzükləri taxmamaq qərarına gəlmiş ola biləcəyi də bildirilir.

Onları yaxından tanıyan şəxslər isə deyirlər: “Amma bu, heç nə ifadə etmir. Sadəcə bunu gizli saxlayırlar. Görünür, bunu yaxşı bacarırdılar… Ta ki, Bred hər şeyi danışdığı müsahibədə vəziyyəti ağzından qaçırana qədər".

Aydın