Siyasət 19:56 09.06.2019

Müsavat Gənclər Təşkilatına yeni sədr seçildi

Müsavat Partiyasının Gənclər Təşkilatının VII konfransı baş tutub.

Qaynarinfo xəbər verir ki, konfransda təşkilat sədrliyinə seçki keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Elman Quliyev Müsavat Partiyasının Gənclər Təşkilatının sədri seçilib.

E.Quliyevdən əvvəl sədr Əbülfəz Sadıqbəyli olub. O, partiya Nizamnaməsində qeyd edilən yaş məhdudiyyətinə görə istefa verib. ("Report")