Siyasət 16:34 16.03.2015

Müsavat partiyası kütləvi aksiyalara başlayır

"Aprel ayının əvvəlindən Müsavat partiyası qiymət artımına görə kütləvi aksiyalara star verəcək".

Bu sözləri Ölkə.az-a dünən Milli Şuranın baş tutmuş mitinqini şərh edən Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, dünənki mitinqin məqsədi aydın idi və onun keçirilməsi çox vacib idi. "Talana son" mitinqi günün nəbzinə uyğun bir mitinq idi.

Gülağa Aslanlının sözlərinə görə, Müsavat pariyasının Məclisində aprel ayının əvvəllərindən kütləvi aksiyalara başlayacağı haqqında müzakirələr aparıldı. Bu gün də Müsavat partiyasının Divan iclasında aprel ayının əvvəllərində mitinqlərə başlayacağımız haqqında qərar veriləcək. Kütləvi aksiyalar intensivləşəcək.

Qeyd edək ki, Milli Şuranın "Talana son" adlı mitinqində Müsavat partiyası rəsmən qatılmasa da, müsavatçılar mitinqdə fəal şkildə iştirak edib.

Qaynar.info