Xəbər lenti

Müsavat Partiyasının piketinə icazə verilmədi
Siyasət 19:41 30.10.2017

Müsavat Partiyasının piketinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piketlə bağlı müraciətini cavablandırıb.

"Qaynarinfo" "Report"-a istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Müsavat Partiyasının noyabrın 3-də saat 15:00-da BŞİH inzibati binası qarşısında piket keçirilməsinə razılıq verilməyib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Qeyd olunub ki, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq yenidən piket üçün müraciət göndərib. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->