Siyasət 18:45 16.03.2015

Müsavatçı gəncə 6 il həbs cəzası verildi

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda həbsdə olan müsavatçı fəal Sirac Kərimlinin məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, məhkəmədə vəkil və təqsirləndirilən şəxs son sözünu deyib.

Daha sonra məhkəmənin hökmü ilə Sirac Kərimli 6 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sirac Kərimli ötən ilin iyulunda həbs edilib, qanunsuz narkotik maaddə saxlamaqda ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir və məsələnin onun fəaliyyəti ilə bağlı olduğunu deyir.

Qaynar.info