Myanmarda polisin gözü qarşısında müsəlmanlara verilən işgəncələrin onların evlərinin yandırılması ilə bağlı videogörüntülər üzə çıxıb.
Qaynar.info-nun məlumatına görə, ölkənin Meiktila şəhərində buddistlər müsəlmanlara aid evləri və dükanları dağıdıb, yandırıblar. Əllərində məşəllər olan buddistlər bütün bunları polisin gözü qarşısında ediblər.
Myanmarın Mandalay bölgəsində çəkilən digər görüntülərdə isə müsəlmanların yaşadıqları kəndlərdə yandırılmış meyitlərin olduğu gözə çarpır.
Qaynar.info
Şərhlər