Azərbaycan Dövlət Musiqili Teatrında İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib.
Teatrın mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, 2017-ci ilin yanvar ayında təqdim olunacaq tamaşa Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, reyissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Səhnə əsərində rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.
Qaynarinfo.Az
Şərhlər