Dünya 14:21 03.12.2019

Müştəri xidmətlərinə 21 min dəfə zəng vuran 71 yaşlı şəxs saxlanıldı

Yaponiyada 71 yaşlı bir şəxs 2 il ərazində GSM şirkətlərindən birinin müştəri xidmətləri bölməsinə 21 min dəfə zəng vurduğu üçün saxlanılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs təkcə ötən həftə 400-dən çox zəng vurduğu üçün Tokio polisi tərəfindən tutulub. Şəhər Polis İdarəsinin sözçüsü şübhəlinin "ticarət fəaliyyətinə mane olmaq" maddəsi ilə saxlandığını açıqlayıb.
 
71 yaşlı qocanın 2 il boyunca taksafonlardan zəng etdiyi və şirkətin xidmətindən narazılığını dilə gətirərək, işçiləri söydüyü bildirilib. Naməlum şəxs şirkətin müqavilə şərtlərini pozduğunu və bu səbəbdən işçilərin evinə gəlib üzr istəmələrini istəyirdi.
 
Camal