Mütəxəssis koronavirusa görə Böyük Depressiya olacağını dedi

Mütəxəssis koronavirusa görə Böyük Depressiya olacağını dedi

Amerikalı futuroloq Peter Svarts ən pis ssenaridə dünyanın koronavirusla bağlı yeni Böyük Depressiyaya ürcah ola biləcəyini bildirib.

Qaynarinfo "Mirror”a istinadla xəbər verir ki, mütəxəssis bu yeni infeksiyaya qarşı peyvənd tapmağın vacib olduğunu qeyd edib, əks halda əbədi "pandemiya dünyasında" yaşamalı olacağımızı deyib. "Və Covid-in yeni norma olduğu iqtisadi depressiya və daimi pandemiya ssenarisi həqiqətə çox uyğundur", - Svarts deyib.

Futuroloq hesab edir ki, dünya hazırda dörd "kaskad böhranı" - səhiyyə, iqtisadiyyat, sosial xidmətlər və liderlikdən əziyyət çəkir:

"Bizdə artıq güclənməkdə olan bir neçə iqtisadi böhran, ticarət müharibəsi oldu. İndi Qara Lives Matter hərəkatının yaratdığı sosial böhran var. Və nəhayət, bəzi ölkələrdə liderlik böhranı mövcuddur". 

Ekspert koronavirus pandemiyası səbəbindən Böyük Depressiya ssenarisinin qüvvədə qaldığını vurğulayıb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR