Dünya 11:46 25.03.2019

Myanmada partlayış: 16 ölü, 48 yaralı

Myanmanın Şan əyalətində yerləşən depoda partlayış meydana gəlib.

Qaynarinfo United News of India-ya istinadən xəbər verir ki, Monqmao qəsəbəsində tikinti materialları, partlayıcı maddələr olan anbarda baş verən partlayış azı 16 nəfərin həyatına son qoyub, 48 nəfər yaralanıb. 

Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara aparılıb.

Gülşən