Xəbər lenti

“Naibənin 18 yaşı olsaydı, ona 10 min verərdilər“ fikirinə xalq artistindən cavab
Sənət 09:11 28.01.2022

“Naibənin 18 yaşı olsaydı, ona 10 min verərdilər“ fikirinə xalq artistindən cavab

"Aktrisanın həmişə 18 yaşı var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva Əməkdar artist Cavanşir Məmmədovun "Naibənin 18 yaşı olsaydı, ona 10 min verərdilər" fikirinə münasibət bildirərkən deyib. Aktrisa xarici ölkələrdə təcrübəsi olan aktyorlara daha çox qonorar verildiyini açıqlayıb:

"Gənclərə o qədər maliyyə verən yoxdur. Mən inanmıram ki, Cavanşir müəllim bunu başqa mənada desin. Hardasa bir həqiqət var, amma bizim sənət başqadır. Fərq eləməz sənin neçə yaşın var. O, müğənnilər üçün ola bilər. Aktrisalar həmişə öz yaşlarına uyğun rollar oynayırlar. Mən bu yaşda gedib gənc bir qızın obrazını oynamayacağam. Cavanşir müəllimin fikirləri mənə aid deyil, bizim cəmiyyətimizdə baş verən hadisələrə, olaylara münasibətində deyib. Hardasa satirik planda deyib. Guya mən orta yaşlıyam deyə ona görə mənə az qonarar verirlər? Cavanşir müəllimin özü də bilir ki, sənətkarlara, təcrübəsi olan aktyor və aktrisalara daha çox qonorar verirlər.

Naibə Allahverdiyeva ona seriallardan dəvət gəldiyini və həmin dəvətləri qəbul etmədiyini deyib:

"Verilən qonorara işləmərəm. Çox az qonorar verirlər. Onsuz da biz uzun vaxtdır ki, əvvəlki tamaşalardan dolanırıq. Onlar elə qonorar verirlər ki, müəyyən xərcləri ödəyirdik, yaşaya bilirdik. Amma bu gün seriallarda elə qonorar verirlər ki, zəhmətə dəyməz. Bundan əlavə sənət də yoxdur. Bilsəm ki, gedib həmin seriallarda bir yaddaqalan obraz yaradacağam, sənət əsəri olacaq, ona pulsuz da çəkilərəm. Biz sənətimizi maddiyatdan çox sevirik”.

Xalq artisti çəkilən seriallardan başqalarının qazandığını açıqlayıb:

"Sponsorlar, təşkilatçılar, o biri-bu biri qazanır. Mən niyə orada pulsuz çəkilməliyəm? Bunu özümə yaraşdırmaram. İndi qonorarı aylıq verirlər. Hardasa 800-1000 manat... Amma bu azdır, aktyor işi güc, enerji tələb edir. Başqa bir insanın həyatını təqdim edirsən, onun həyacanlarını, iztirablarını yaşayırsan. Orada həyacan, stress, sevinc, göz yaşı var, biz bunların hər birini yaşayıb tamaşaçılara çatdırmalıyıq. Bu, böyük steslərə səbəb olur. Mən aktyordan danışıram, təlxəklik edən "aktyorlar”dan yox. Ona görə də onların çoxu ürək xəstəliyindən, insultdan ölür. Çünki onlar həmin obrazları oynayarkən həyacanları içində yaşadır. İnsan yorulur, sadəcə bizim aktyorlar həmin qonorara işləməyə məcburdular. Dolanışıq adamı nəyə desən məcbur edir, amma mən bir aktrisa olaraq həmin qonorara çəkilmək istəmirəm. Gözəl bir senari, rejissor işi olsa qəbul edərəm. Amma bilirəm ki, bü gün ortada heç bir şey yoxdur. Tamaşaçı bizi görür, bizi dinləyir. Onlar rolu bəyənməyəndə bizi təhqir edirlər. Onlar nə senaristi görür, nə də layihə rəhbərini, göz önündə bizik. Tərifi də, tənqidi də biz üzərimizə götürürük”. 
Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Naibə Allahverdiyevanın seriallara pula görə çəkilməməsinə münasibət bildirib. Sənətçi "Naibə Allahverdiyevanın 18-25 yaşı olsaydı ona da 5-10 min verərdilər. Siz bilməyən hallar var. Sponsorlar və hədəfdə olan adamlar var. Prodüser heç kimdir. Onun başında duranlar var. Gözəgörünməyən adamlardır onlar", - müğənni bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->