Xəbər lenti

İdman 23:30 11.12.2021

Namik Ələskərov "Bursaspor"da üçüncü qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor" komandasının heyətində Türkiyə I Liqasında növbəti qolunu vurub.

Qaynarinfo-nun  məlumatına görə, 26 yaşlı hücumçu XV turun "Manisaspor"la ev oyununda fərqlənib. Meydana start heyətində çıxan Ələskərov 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bununla da 15 oyundan sonra xallarını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə yer alıb. 16 oyundan sonra eyni xala malik "Manisaspor" isə 15-cidir.

Qeyd edək ki, bu, Namik Ələskərovun "Bursaspor"da 3-cü qolu olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->