Türkiyə "Bursaspor"unun futbolçusu Namik Ələskərov səfərdə "Samsunspor"la 1:1 heç-heçə etdikləri 1-ci liqanın XXIII tur oyununa xəstə halda çıxıb.
	
Qaynarinfo xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serkan Yetişmişoğlu öz məqaləsində yazıb.
 
	
O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi qripə yoluxsa da, meydana start heyətində daxil olub. Yetişmişoğlu təcrübəli oyunçunun kiçik qızının da xəstələndiyini vurğulayıb: "Buna görə Ələskərovun əhvalı pis olsa da, meydana çıxıb komandası üçün tər tökdü".
	
Qeyd edək ki, Namik Ələskərov qarşılaşmanın 82-ci dəqiqəsində Tugbey Akgünlə əvəzlənib.
             
            
Şərhlər